Bank Of Baku

Bakıda sərnişin mikroavtobusu zibil maşını ilə toqquşub

Bakıda sərnişin mikroavtobusu zibil maşını ilə toqquşub
# 01 noyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda sərnişin mikroavtobusu ilə zibil daşıyan yük maşını toqquşub. Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə bu səhər Bakıxanov qəsəbəsində baş verib. 185 saylı marşrut üzrə işləyən xətt mikroavtobusunun əks istiqamətdə hərəkət edən zibil maşını ilə toqquşması nəticəsində mikroavtobusda olan üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hazırda Sabunçu RPİ-nin istintaq qrupu hadisə yerində araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR