Bank Of Baku

Göyçayda ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib

Göyçayda ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib
# 01 noyabr 2008 10:57 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay rayonunun Bəydövül kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.
Göyçay rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisəyə səbəb rayonun Alpoud kənd sakini, 1984-cü il təvəllüdlü Rzayev Əjdər Madər oğlunun idarə etdiyi «Moskiviç» markalı 10-DR-790 dövlət nömrə nişanlı avtomobillə qarşıdan gələn Qaraxıdır kənd sakini, 1963-cü il təvəllüdlü Hacıyev Əjdər İsmayıl oğluna məxsus «VAZ 2106» markalı 23-BB-147 dövlət nömrə nişanlı minik maşınının toqquşması olub. Hər iki avtomobilin sürücüsü və daha üç sərnişin - Alpoud kənd sakinləri 1985-ci il təvəllüdlü Rəhimov Səxavət Zahid oğlu və onun həmyaşıdı Əliyev Əli Nadir oğlu, Qaraxıdır kənd sakini 1965-ci il təvəllüdlü Həmidov İsmixan Paşa oğlu müxtəlif bədən xəsarəti ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər ağır kəllə-beyin travması alan İsmixan Həmidovun həyatını xilas edə bilməyiblər. Digər yaralıların vəziyyəti isə orta-ağırdır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR