Bank Of Baku

72 yaşlı Gəncə sakini bədbəxt hadisənin qurbanı olub

72 yaşlı Gəncə sakini bədbəxt hadisənin qurbanı olub
# 01 noyabr 2008 11:04 (UTC +04:00)
Gəncə Nəzakət Məşədiəliqızı - APA. Bu gün səhər saatlarında Gəncə şəhərinin mərkəzində bədbəxt hadisə baş verib. Gəncə şəhər Prokurorluğunun müstəntiqi Arzuman Bədəlov APA-nın qərb bürosuna bildirib ki, liftin Xətai prospekti 149, mənzil 119 ünvanında yaşayan 72 yaşlı Şəmistan İbrahim oğlu İbrahimovun üstünə düşməsi nəticəsində o dünyasını dəyişib. İlkin ehtimallara görə, Ş. İbrahimov ehtiyatsızlıq edərək, 1-ci mərtəbədə şaxtanın qapısını aralayıb, baxmaq istəyərkən yuxarıdan gələn lift onu başından vurub. Müstəntiq liftdə nasazlıq olub-olmadığını müəyyənləşdirmək üçün ekspert dəvət olunduğunu bildirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR