Bank Of Baku

Şəmkirdə baş verən yol qəzasında iki nəfər ölüb

Şəmkirdə baş verən yol qəzasında iki nəfər ölüb
# 01 noyabr 2008 11:16 (UTC +04:00)
Bakı - APA. Şəmkir rayonunun Dəllər şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Şəmkir rayon Təzəkənd kənd sakini Aslan Verdiyevin idarə etdiyi "KamAZ" markalı və Düyərli kənd sakini Şahlar Süleymanovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar Dəllər şəhərində toqquşub.

Nəticədə Ş. Süleymanov və sərnişini, Zəyəm qəsəbə sakini Anar Abdullayev hadisə yerində ölüblər. Şəmkir RPŞ tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR