Bank Of Baku

Azərbaycan paytaxtında məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

Azərbaycan paytaxtında məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb
# 01 noyabr 2008 12:40 (UTC +04:00)
Təxminən 20-30 dəqiqə sonra qidanı qəbul etmiş 24 şagirddən 10-da ürəkbulanma, qusma halları baş verdiyindən onlar təcili olaraq Nizami rayonu ərazisində yerləşən 1 saylı Uşaq Yoluxucu Xəstəxanasına aparılıb. Şagirdlərdən biri ilkin tibbi yardımdan sonra vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb, qalan 9 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir”. Bu sözləri APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhər prokurorunun köməkçisi Ramiz Rzayev deyib. Hazırda onların sağlıq durumunun normal olduğunu qeyd edən R. Rzayev zəhərləmənin səbəblərinə də toxunub: “Xəstəxanada həkimlər tərəfindən şagirdlər müayinə edildikdən sonra onlara konkret olaraq zəhərlənmə diaqnozu qoyulub və müalicə hazırda həmin təyinat üzrə davam etdirilir. Şagirdlərin zəhərlənməsinə biskvit məhsulunun səbəb olduğu ehtimal edilir. Odur ki, qeyd edilən məhsulların müqayisəli tədqiqatı üçün satış yerlərindən həmin ərzaq məhsullarının nümunələri götürülərək laboratoriya müayinəsinə göndərilib”.

Satıcı Vüqar İmanovun təhqiqata verdiyi izahatında həmən məhsulları Ukraynada istehsal edilən biskvit məhsullarının satışı ilə məşğul olan “Koroğlu firmasından” aldığını bildirdiyini deyən R. Rzayev faktla bağlı 31.10.2008-ci il tarixdə Xətai rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlandığını, istintaq aparıldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR