Bank Of Baku

Azərbaycan paytaxtında özlərini polis və jurnalist kimi təqdim edərək soyğunçuluqda təqsirləndirilən şəxslər tutulub

Azərbaycan paytaxtında özlərini polis və jurnalist kimi təqdim edərək soyğunçuluqda təqsirləndirilən şəxslər tutulub
# 03 noyabr 2008 08:11 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1980-cı il təvəllüdlü Rəşad Ayaz oğlu Səfərəliyev və 1979-cu il təvəllüdlü Ramin Muxtar oğlu Quliyev Müşfiqabad qəsəbəsində yerləşən “Nur” kafesinin əməkdaşını talamaqda təqsirli bilinirlər. Məlumata görə, R. Quliyev jurnalist, R. Səfərəliyev isə polis əməkdaşı kimi özlərini təqdim edərək adıçəkilən kafenin əməkdaşına hədə-qorxu gələrək külli miqdarda pul tələb ediblər. Onlar tələb etdikləri pulu ala bilmədikləri üçün kafenin qapısını və şüşələrini sındıraraq hadisə yerindən qaçıblar. Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər həbs edilib. Onların barəsində Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR