Bank Of Baku

Bakıda 12 yaşlı uşaq qarət olunub

Bakıda 12 yaşlı uşaq qarət olunub
# 03 noyabr 2008 08:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda 12 yaşlı uşaq qarət olunub. Bakı şəhər Baş Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbül prospektində baş verib. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Əlibəyli Heydər Əli oğlu iki nəfərin hücumuna məruz qalıb. Soyğunçular onun telefonunu və pulunu alaraq hadisə yerindən qaçıblar. Səbayel rayon Polis idarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin kimliyi müəyyən edilib. Aparılan axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Teymur Zeynalov və 1986-cı il təvəllüdlü Ramin Aslanov həbs ediliblər. Faktla bağlı Səbayel Polis İdarəsində təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR