Bank Of Baku

Bakı Beton Zavodunun gözətçisinin meyiti tapılıb

Bakı Beton Zavodunun gözətçisinin meyiti tapılıb
# 03 noyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı Beton Zavodunda kişi meyiti tapılıb. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayonun yeni yaşayış massivində yerləşən Beton Zavodunda tapılan meyitin şəxsiyyətini müəyyən etmək mümkün olub. Məlum olub ki, o, həmin zavodda gözətçi işləyən, 1970-ci il təvəllüdlü Rəfael Ədil oğlu Abbasovdur. Meyitə ilkin baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Ölüm hadisəsinin hansı şəraitdə baş verməsi hələ məlum deyil. R. Abbasovun meyiti müayinədən keçirilmək üçün tibbi-ekspertizaya göndərilib. Hazırda Binəqədi rayon Prokurorluğu tərəfindən hadisə yerində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR