Bank Of Baku

Bakıda sürücüyə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Rusiya vətəndaşı tutulub

Bakıda sürücüyə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Rusiya vətəndaşı tutulub
# 03 noyabr 2008 13:27 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 00.30 radələrində naməlum şəxs metronun “Neftçilər” stansiyasının yaxınlığında Bakı şəhər sakini Ruslan Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomaşına sərnişin qismində oturub Yeni Suraxanı qəsəbəsinə gedəcəyini bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsində həmin şəxs R. Həsənovu bıçaqla hədələyərək pul verməsini tələb edib və ona əlindən xəsarət yetirib. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rusiya Federasiyası vətəndaşı Vəxtarik Əhmədxanov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR