Bank Of Baku

Etimad İsmayılovun işi üzrə növbəti məhkəmə iclası noyabrın 5-də keçiriləcək

Etimad İsmayılovun işi üzrə növbəti məhkəmə iclası noyabrın 5-də keçiriləcək
# 03 noyabr 2008 14:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə növbəti məhkəmə iclası noyabrın 5-də keçiriləcək. E. İsmayılovun vəkili Mixail Boqomolovun APA-ya verdiyi məlumata görə, Çelyabinsk şəhər Mərkəzi Rayon Məhkəməsində təqsirləndirilən “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Etimad İsmayılov, “Russkaya Zernovaya Kompaniya”nın baş direktoru, Ukrayna vətəndaşı Vladimir Quzov və bu şirkətin vasitəçilik fəaliyyətini həyata keçirən strukturunun rəhbəri Abbas Cəfərovun işi ilə bağlı məhkəmə istintaqı davam etdirilir. Onun sözlərinə görə, müdafiə tərəfi istintaq zamanı toplanan sənədlərlə tanış olur: “Noyabrın 5-də keçiriləcək məhkəmə zamanı isə təqsirləndirənlərin iclasa gəlib-gəlməyəcəyi isə hələlik bəlli deyil. Çünki müttəhimlərin hamısı ibtidai istintaqa və məhkəmənin gedişinə narazılıqlarını bildirərək, iclasa qatılmırlar”. Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. O, 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 174/1 4-cü hissəsi (çirkli pulların yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR