Bank Of Baku

Oğuzda baş verən yol qəzasında 1 nəfər ölüb

Oğuzda baş verən yol qəzasında 1 nəfər ölüb
# 03 noyabr 2008 15:00 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov-APA. Oğuzda baş verən yol qəzasında bir nəfər ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə Oğuz-Qaraməryəm-Şəki magistral yolunun 39-cu kilometrliyində, Oğuz rayonu ərazisində qeydə alınıb. Rayonun Cəlud kənd sakini İsgəndərov Telman Fikrət oğlu yüksək sürətlə idarə etdiyi “VAZ-2107” 55-BH-020 dövlət nişan nömrəli avtomobili yolun kənarındakı ağaca çırpıb. Baş verən yol qəzası zamanı maşında olan digər sərnişin Mehdiyev Xəyyam Mehdi oğlu aldığı ağır bədən xəsarəti ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində cinayət işi qaldırılıb və araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR