Bank Of Baku

Ali Məhkəmə Avropa Məhkəməsinin Azərbaycanla bağlı iki iş üzrə çıxardığı qərarı araşdırmaq üçün Apellyasiya Məhkəməsinə göndərib

Ali Məhkəmə Avropa Məhkəməsinin Azərbaycanla bağlı iki iş üzrə çıxardığı qərarı araşdırmaq üçün Apellyasiya Məhkəməsinə göndərib
# 03 noyabr 2008 16:04 (UTC +04:00)
Bakı-APA. Bu gün Ali Məhkəmənin Plenumu keçirilib. İclasda Avropa İnsan Hüquqları Məhkəməsinin Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Şeyda Nəsibli və İnsan və Mühit İctimai Birliyinin rəhbəri İsmayıl İsmayılovun şikayətləri əsasında çıxardığı qərarlarla bağlı müzakirələr aparılıb. Şikayətçilərin nümayəndəsi, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev APA-ya bildirib ki, Ali Məhkəmənin plenumu həm Ş. Nəsiblinin, həm də İ. İsmayılovun işləri i ilə bağlı məhkəmələrin qərarlarının ləğvi və işlərin yeni açılmış hallar üzrə baxılması ilə bağlı Apellyasiya Məhkəməsinə göndərilməsi haqda qərar çıxarıb.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Şeyda Nəsiblinin Azərbaycana qarşı iş üzrə 18 oktyabr 2007-ci il tarixli və İsmayıl İsmayılov Azərbaycana qarşı iş 17 yanvar 2008-ci il tarixli qərarları əsasında həmin işlərə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması nəzərdə tutulurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR