Bank Of Baku

Bir neçə hakimə töhmət verilib

Bir neçə hakimə töhmət verilib
# 03 noyabr 2008 16:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Məhkəmə-Hüquq Şurası rayon məhkəmələrinin hakimlərinə töhmət verib. Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, bu gün şuranın geniş iclası keçirilib. Bütün Apellyasiya məhkəmələri, Bakı şəhərinin rayon və digər məhkəmə sədrlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəlliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası üzrə görülən tədbirlər, o cümlədən milli və regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması, hakim ştatların 50 faiz artırılması, 160-dək yüksək hazırlıqlı hakimliyə namizədin Avropada ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilməsi, habelə haqlı narazılığa və digər neqativ hallara yol verən 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilməsi məhkəmə sisteminin fəaliyyətinə müsbət təsir göstərib? məhkəmələrə olan inamı xeyli yüksəldib.

İclasda, həmçinin hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına yol verdiklərinə görə, Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmənin hakimi Həsən Əliyevə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Svetlana Əhmədovaya, Lerik Rayon Məhkəməsinin hakimi Nizami Hümbətova töhmət verilib, süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hakimi Maisə Hüseynovanın intizam qaydasında başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

İclasda bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı intizam icraatı başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR