Bank Of Baku

Ticarət mərkəzindən oğurluq edən yeniyetmələr həbs edilib

Ticarət mərkəzindən oğurluq edən yeniyetmələr həbs edilib
# 06 noyabr 2008 09:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində ticarət mərkəzindən oğurluq edən yeniyetmələr həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi Qaradağ rayonu ərazisində, Behbud Məmmədxanova məxsus ticarət mərkəzində baş verib. B. Məmmədxanov oğurluq hadisəsi barədə Qaradağ rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət etdikdən sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1993-cü il təvəllüdlü İsmayıl Mürsəl oğlu İsmayıllı və 1993-cü il təvəllüdlü Pünhan Araz oğlu Vəliyev saxlanılıb. İlkin dindirmə zamanı onlar törətdikləri oğurluq əməlini etiraf ediblər. Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR