Bank Of Baku

Şirvan şəhərində fəhlə 12 metr hündürlükdən yıxılaraq ölüb

Şirvan şəhərində fəhlə 12 metr hündürlükdən yıxılaraq ölüb
# 06 noyabr 2008 10:12 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov-APA. Şirvan şəhərində fəhlə tikintidən yıxılaraq dünyasını dəyişib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, podratçı təşkilatın fəhləsi, Xırdalan şəhəri 20-ci kvartal 1 saylı yataqxananın 125-ci otağında qeydiyyatda olan, 1962-ci il təvəllüdlü Şükürov Təvəkkül Həbib oğlu Şirvan Cihazlar Zavodunda montaj işləri apararkən 12 metr hündürlükdən yıxılıb. Nəticədə açıq kəllə-beyin travması alan fəhlə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR