Bank Of Baku

Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Bakıda piyadanı vurub qaçan sürücü tutulub
# 06 noyabr 2008 11:12 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 00.15 radələrində Xətai rayonundakı Babək prospektində müəyyən edilməmiş avtomaşınla 30-35 yaşlı kişi vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə həmin kişi hadisə yerində ölüb. Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni "Mercedes" markalı avtomaşınla törədən Bakı şəhər sakini Orxan Nəcəfov tutulub. Eyni zamanda hadisə yerində ölənin Quba rayon sakini Naib Babayev olması müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR