Bank Of Baku

“Xəzər TV”nin əməkdaşı: “Basqına məruz qalmamışam”

“Xəzər TV”nin əməkdaşı: “Basqına məruz qalmamışam”
# 06 noyabr 2008 14:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Mən heç bir basqına məruz qalmamışam”. Bunu APA-ya açıqlamasında “Xəzər” televiziyasında yayımlanan “Peşəkar söhbət” proqramının müəllifi İlhamə Novruzova deyib. İ. Novruzova mətbuatda onun basqına məruz qalması barədə məlumatlar yayıldığını bildirib: “Bu xəbərlər yalandır. Basqına məruz qalmamışam və heç kim mənə bıçaq çəkərək hədə-qorxu gəlməyib”. İnformasiyanın kim tərəfindən yayıldığını bilməyən İ. Novruzova bunu təsadüf və anlaşılmazlıq kimi qiymətləndirib. O, məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla da əlaqə saxladığını söyləyib. DİN rəsmisi nazirlik tərəfindən belə bir informasiyanın yayılmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR