Bank Of Baku

Hündürlükdən yıxılan Abşeron sakini sağ qalıb

Hündürlükdən yıxılan Abşeron sakini sağ qalıb
# 07 noyabr 2008 09:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Hündürlükdən yıxılan Abşeron rayon sakini sağ qalıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 49 yaşlı Yaşar Hacıyev yaşadığı binanın dam örtüyünü düzəldərkən ordan yerə düşüb. Zərərçəkən ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı Abşeron rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR