Bank Of Baku

Avropa Məhkəməsi Azərbaycan vətəndaşının Rusiya hökumətinə qarşı iddiasını təmin edib

Avropa Məhkəməsi Azərbaycan vətəndaşının Rusiya hökumətinə qarşı iddiasını təmin edib
# 07 noyabr 2008 10:36 (UTC +04:00)
APA-nın məlumatına görə, qərarda Adil İsmayılovun pul vəsaitinin müsadirə olunması həddən artıq sərt və qeyri-proporsional addım hesab olunub. Qərarda bildirilir ki, iddiaçı günahını şərti cəza çəkərək yuduğuna görə, onun pul vəsaitinin müsadirə olunması İnsan Hüquqları haqqında Konvensiyaya əlavə Protokolun 1 maddəsinə - şəxsi mülkiyyətin müdafiəsi – ziddir. Məhkəmə Rusiya hökumətini Adil İsmayılova dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün 25 min avro cəzaya məhkum edib.
Qeyd edək ki, Moskvada yaşayan 71 yaşlı soydaşımız Bakıdakı mənzilinin satışından əldə etdiyi 21,348 dollar vəsaiti sərhəddən qanunsuz keçirməkdə ittiham olunub. Rusiyada keçirilən məhkəmə prosesində o ittiham üzrə günahkar bilinərək 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və həmin vəsait müsadirə olunub. Adil İsmayılov vəsaitin müsadirə olunmasını qanunsuz sayaraq, öz iddiasını şəxsi mülkiyyətin qorunması haqqında maddə ilə əsaslandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR