Bank Of Baku

Bakıda “Monte Kristo” restoranının qarşısında qətl törətməkdə təqsirləndirilən şəxs tutulub

Bakıda “Monte Kristo” restoranının qarşısında qətl törətməkdə təqsirləndirilən şəxs tutulub
# 07 noyabr 2008 10:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Dünən səhər saatlarında Binəqədi rayonu ərazisində yerləşən “Monte Kristo” restoranının qarşısında Bakı sakini Dəyanət Səlimovu bıçaqla qətlə yetirməkdə təqsirləndirilən şəxs tutulub. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətl hadisəsini törətməkdə təqsirləndirilən Firuz Səlimov ilkin dindirilmə zamanı rayonun Nəcəf Nərimanov küçəsi, ev 23 b, mənzil 7-də yaşayan, 1958-ci il təvəllüdlü Dəyanət İsmayıl oğlu Səlimovu bıçaqla qətlə yetirdiyini etiraf edib. İstintaq həmçinin Dəyanət və Firuz Səlimovların əvvəllər dost olduğunu və son vaxtlar aralarında pul üstündə narazılıqların olmasını müəyyən edib. İlkin ehtimala görə, elə qətlin törədilməsinə də bu amil səbəb olub. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, dünən səhər saatlarında Binəqədi rayonu ərazisində yerləşən “Monte Kristo” şadlıq evinin qarşısında D. Səlimov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR