Bank Of Baku

Yol hərəkəti qaydalarını pozan müəllimə cərimələnib

Yol hərəkəti qaydalarını pozan müəllimə cərimələnib
# 07 noyabr 2008 15:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında yol hərəkəti qaydalarını kobud şəkildə pozan orta məktəb müəlliməsi cərimələnib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, ötən gün paytaxtda yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib. Neftçilər prospektində - “Kukla” teatrının qarşısında aparılan reydlər zamanı 1 saat ərzində 41 piyada yol hərəkəti qaydasını pozduğu üçün cərimələnib. V. Əsədov qaydaları kobud şəkildə pozan piyadaların arasında Əzizə Quliyeva adlı orta məktəb müəlliməsinin də olduğunu açıqlayıb. Həmin yerdə piyada keçidinin olmasına baxmayaraq, vətəndaşların yol hərəkət qaydasını kobud şəkildə pozduğunu vurğulayan V. Əsədov həmin şəxslərin inzibati qaydada 10 manat məbləğində cərimə edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR