Bank Of Baku

Azərbaycan paytaxtında həbsxanadan qaçmaq istəyən erməni məhbus güllələnib

Azərbaycan paytaxtında həbsxanadan qaçmaq istəyən erməni məhbus güllələnib
# 10 noyabr 2008 09:43 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə 11 saylı Cəzaçəkmə Müəssisəsində baş verib. Müəssisəsində saxlanılan erməni məhbus, 1985-ci il təvəllüdlü Sərkisyan Edqar Eduardoviç müəssisənin qapısının üstündən aşıb qaçmağa cəhd göstərib. Məhbus ərazidə xidmət edən əsgərin xəbərdarlığına məhəl qoymadığından ona avtomat silahdan atəş açılıb. Aldığı güllə yarası ilə müalicə müəssisəsinə yerləşdirilən E. Sərkisyanın vəziyyətinin normal olduğu bildirilir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti faktı təsdiqləyib. Xidmətdən APA-ya bildirilib ki, 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan vətəndaşı E. Sərkisyan hələ uşaqlıqdan oğurluq əməlinə görə tərbiyə müəssisəsində saxlanılıb. Oradan azadlığa buraxılandan sonra isə öz bacısını zorladığı üçün o, 150.3.3, 132 və 66.3-cü maddələri ilə təqsirli bilinərək, 14 il müddətinə azadlıqdan məhrum edilib.

E. Sərkisyan noyabrın 8-də saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin yük maşınları üçün nəzərdə tutulmuş qapısından qaçmaq istəyərkən həbsxananın mühafizəsini həyata keçirən bölüyün keşikçiləri tərəfindən onun bu cəhdinin qarşısını almaq məqsədilə silah tətbiq edilib, nəticədə ayaq nahiyəsindən xəsarət almış E. Sərkisyan yaxalanıb. O, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Penitensiar Xidmətin rəhbərliyi və Binəqədi rayon Prokurorluğunun əməkdaşları hadisə yerində olublar.

Onun barəsində Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, fakt üzrə istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR