Bank Of Baku

İran vətəndaşından aldığı heroini satmaq istəyən Lənkəran sakini həbs edilib

İran vətəndaşından aldığı heroini satmaq istəyən Lənkəran sakini həbs edilib
# 11 noyabr 2008 12:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində İran vətəndaşından aldığı külli miqdarda heroini satmaq istəyən Lənkəran sakini həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 1969-cu il təvəllüdlü Füzuli Səməd oğlu İbrahimov 451,17 qram heroini fərdi alıcıya satmaq istəyərkən saxlanılıb. F. İbrahimov ilkin dindirmə zamanı heroini Əli adında İran vətəndaşından aldığını və narkotik vasitəni satmaq məqsədilə Bakıya gətirdiyini etiraf edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, F. İbrahimovun üç qardaşı narkotik vasitələrin qanunsuz alveri ilə məşğul olduqları üçün həbs ediliblər və hazırda məhkumluq həyatı yaşayırlar. Əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbs edilən F. İbrahimov isə bu ilin fevralında azadlığa buraxılıbmış.

Faktla bağlı Nərimanov Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR