Bank Of Baku

Türkiyə vətəndaşı Bakıda döyülərək qarət edilib

Türkiyə vətəndaşı Bakıda döyülərək qarət edilib
# 22 dekabr 2008 08:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Türkiyə vətəndaşı Azərbaycanda döyülərək qarət edilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-yta verilən məlumata görə, ötən gecə Bakıda B. Səfəroğlu küçəsində naməlum şəxs, Türkiyə Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Zəfər Türkər Osman oğlunun baş və üz nahiyəsinə xəsarət yetirərək onun cibində olan 62 manat pulunu və 2 ədəd mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Salodçenko Oleq Vyaçesdavoviç həbs edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR