Bank Of Baku

Bakıda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər ağır yaralanıb

Bakıda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər ağır yaralanıb
# 22 dekabr 2008 08:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər isə ağır yaralanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası paytaxtın M. Hüseyn küçəsi 10-da baş verib. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Vəliyev Söhbət Kamal oğlu idarə etdiyi “Mercedes” markalı, 90 DM 201 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə hərəkət edərkən yol kənarındakı hasara vurub. Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Maşında olan sərnişinlər- 1976-cı il təvəllüdlü Qəndiyev Rübail Neman oğlu, 1984-cü il təvəllüdlü Kazımova Günel Yusif qızı və Esmira adlı şəxs xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR