Bank Of Baku

1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
# 22 dekabr 2008 09:18 (UTC +04:00)
Bakı-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat aparatı tərəfindən bir müddət əvvəl əldə olunmuş məlumatlar əsasında müvafiq tədbirlər görülüb və nəticədə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 21-də saat 17.00 radələrində 1 saylı Cəzaçəkmə Müəssisəsinin nəzarət-buraxılış məntəqəsində bu müəssisədə cəza çəkən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, əldə etmə, saxlama və ya satma) 4 il müddətinə azadlıqdan məhrum edilmiş, 1980-ci il təvəllüdlü, məhkum Pərviz Şahin oğlu Şahmarlıya sovqat gətirmiş Yevlax şəhər sakini olan qohumu – Qurban Abbas oğlu İbrahimovun gətirdiyi sovqata onun iştirakı ilə baxış keçirilən zaman “Lady speed stick” dezodorantının içərisində yerləşdirilmiş ümumi çəkisi 13, 505 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR