Bank Of Baku

Əsir Rafiq Həsənovun Azərbaycana qayıtmaq istəməməsi barədə məlumatı araşdırmaq üçün BQXK-nın Ermənistan nümayəndəliyinə müraciət edilib

Əsir Rafiq Həsənovun Azərbaycana qayıtmaq istəməməsi barədə məlumatı araşdırmaq üçün BQXK-nın Ermənistan nümayəndəliyinə müraciət edilib
# 22 dekabr 2008 09:54 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib. Onun sözlərinə görə, hələlik BQXK-nin Ermənistan nümayəndəliyinin əməkdaşlarının əsirə baş çəkməsi ilə bağlı məlumat verilməyib. G. Quliyeva R. Həsənovun Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı Ermənistan televiziyalarının birində etdiyi çıxışda BQXK nümayəndəsinin də iştirak etməsi barədə verilən məlumatları təkzib edib.
Qeyd edək ki, 19 yaşlı əsir Rafiq Həsənovun Ermənistan televiziyalarının birində çıxış edərək Azərbaycana qayıtmaqdan imtina etdiyini söyləməsi barədə “Novosti Armeniya” məlumat yayıb. Məlumata görə, R. Həsənov çıxışında Azərbaycan ordusunda hərbi xidmət keçən zaman təhqir və alçaldığı hərəkətlərə məruz qaldığını deyib: “Buna dözməyərək ayağıma atəş atdım və hospitalda müalicə olundum. Lakin bundan sonra belə mənə qarşı təhqiramiz hərəkətlər dayandırılmadı”.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR