Bank Of Baku

Azərbaycanda vakant hakim yerlərinə sənəd qəbulu elan edilib

Azərbaycanda vakant hakim yerlərinə sənəd qəbulu elan edilib
# 22 dekabr 2008 10:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda vakant hakim yerləri üzrə sənəd qəbulu elan edilib. Bu barədə APA-ya Hakimlərin Seçki Komitəsindən bildirilib. Məlumata görə, Azərbaycanda mövcud
vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ Hakimlərin Seçki Komitəsində müzakirə edilib və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınıb. Qeyd olunub ki, hakimliyə namizədlərin sənədləri 22 dekabr 2008-ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcək. İmtahanların keçirilməsi tarixi, yeri, qaydası və digər aidiyyəti məsələlər barədə isə əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR