Bank Of Baku

Şüvəlanda ev yanıb

Şüvəlanda ev yanıb
# 22 dekabr 2008 10:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bu gün Şüvəlan qəsəbəsində 2 mərtəbəli evdə yanğın olub. Əzizbəyov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə səhər saatlarında Şüvəlan qəsəbəsi, V. Orucov küçəsində yerləşən 7 saylı evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb edilib və yanğının qarşısı alınıb. Yanğın nəticəsində evin ikinci mərtəbəsi tam yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğının baş verməsinə evdə olan odun sobasında baş vermiş nasazlıq səbəb olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR