Bank Of Baku

Bakı sakini elektrovoz vurması nəticəsində ölüb

Bakı sakini elektrovoz vurması nəticəsində ölüb
# 22 dekabr 2008 11:13 (UTC +04:00)
Bakı-APA. Dünən saat 19.50 radələrində Böyük Şor-Nərimanov mənzilinin 6-cı kilometrliyində elektrovozla Bakı şəhər sakini Fərman Əliyev vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə F. Əliyev hadisə yerində ölüb. Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. Dekabrın 19-da saat 19.40 radələrində isə Becar-İmişli mənzilinin 123-cü kilometrliyində elektrovozla İmişli rayon sakini Cəfər Əliyev vurulub. Nəticədə C. Əliyevin ayağı topuq hissədən kəsilib və o, xəstəxanaya yerləşdirilib. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR