Bank Of Baku

Qubada yaşayan dağ yəhudiləri Xanuka bayramını qeyd edirlər

Qubada yaşayan dağ yəhudiləri Xanuka bayramını qeyd edirlər
# 22 dekabr 2008 11:26 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva-APA. Yəhudilərin dini Xanuka bayramı Quba rayonunda yaşayan dağ yəhudiləri tərəfindən də qeyd edilir. APA-nın şimal bürosunun xəbərinə görə, Quba rayonundakı Qırmızı Qəsəbədə yaşayan dağ yəhudiləri bayramı dini ayinlərlə qarşılayıblar. Qırmızı Qəsəbə Dağ yəhudiləri dini icmasının baş ravini Elazar Nisimov bildirib ki, Qubada yaşayan dağ yəhudiləri də Xanuka mərasimlərini 8 gün davam etdirəcəklər.
Qeyd edək ki, tarixi mənbələrə görə eramızdan əvvəl 168-ci ildə Roma imperiyasının əsarətindən xilas olan yəhudilər bunu tanrının onlara bəxş etdiyi ən müqəddəs gün kimi qəbul edir. Yəhudilər Xanuka bayramının simvolu olaraq şam yandırır. Bu şamların yandırılması səkkiz gün davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR