Bank Of Baku

Rusiyanın Tibbi-Sosial Ekspertiza Federal Bürosunun ekspertləri Bakıya səfər edəcəklər

Rusiyanın Tibbi-Sosial Ekspertiza Federal Bürosunun ekspertləri Bakıya səfər edəcəklər
# 22 dekabr 2008 11:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Rusiyanın Tibbi-Sosial Ekspertiza Federal Bürosunun bir qrup eksperti bu gün axşam Bakıya gələcək. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən (ƏƏSMN) APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi sabah “Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində aktual məsələlər” mövzusunda Bakıda keçiriləcək elmi-praktiki konfransda iştirak etməkdir. Ekspertlərin səfəri dekabrın 24-də yekunlaşacaq. Səfər çərçivəsində qonaqların ƏƏSMN-də bir sıra görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR