Bank Of Baku

Bakıda qanunsuz avtomobil ticarətinə qarşı reyd keçirilib

Bakıda qanunsuz avtomobil ticarətinə qarşı reyd keçirilib
# 22 dekabr 2008 12:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında qanunsuz avtomobil ticarətinə qarşı reyd keçirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti ilə birgə paytaxtın bir sıra rayonlarında küçə və meydanlarda qanunsuz avtomobil ticarətinə qarşı reyd keçirib. Aparılan reydlər zamanı Yasamal rayonu, İnşaatçılar prospekti, İzmir küçəsi 7 və 5 ünvanlarında qanunsuz küçə avtomobil ticarəti halları aşkarlanıb və həmin ərazilərdə satışa qoyulmuş 13 avtomobil götürülərək cərimə meydançasına aparılıb. Qanunsuz avtomobil ticarəti ilə məşğul olan şəxslərə qarşı isə İnzibati Xətalar Məcəlləsinin 151.1-ci (dayanma, durma qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Bakı şəhərində qanunsuz avtomobil ticarətinə qarşı reydlər davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR