Bank Of Baku

Bakıda Gürcüstan vətəndaşının evini qarət edən 16 yaşlı qız tutulub

Bakıda Gürcüstan vətəndaşının evini qarət edən 16 yaşlı qız tutulub
# 22 dekabr 2008 13:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda 16 yaşlı qız Gürcüstan vətəndaşının evini qarət etdiyi üçün həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı qəsəbəsi, A. Rzayev küçəsində yaşayan Gürcüstan Respublikasının vətəndaşı, 1984-cü il təvəllüdlü Bayramova Esmira Lətif qızının mənzilindən açıq qapıdan keçmək yolu ilə 40 manat pulun, bir neçə gün sonra isə eyni üsulla 50 manat və qol saatı oğurlanması barədə rayon Polis İdarəsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, 1992-ci il təvəllüdlü Musayeva Çinarə Saməddin qızı saxlanılıb. O, ilkin dindirilmə zamanı oğurluq əməlini tamah məqsədi ilə törətdiyini etiraf edib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR