Bank Of Baku

Rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək uzun müddət axtarışda olan şəxs həbs olunub

Rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək uzun müddət axtarışda olan şəxs həbs olunub
# 23 dekabr 2008 08:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Abidin Xalidin oğlu Həsənov Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə) maddəsi ilə uzun müddət axtarışda olub.

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Həsənov tutularaq istintaqa təhvil verilib.

Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR