Bank Of Baku

Bakının Sabunçu rayonunda “butılka” ilə qətl törədilib

Bakının Sabunçu rayonunda “butılka” ilə qətl törədilib
# 23 dekabr 2008 08:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl 12-ci polis bölməsinin ərazisində 52 yaşlı Aleksandr Qolekovun meyiti aşkarlanıb. Meyiti müayinə edən tibbi ekspertiza onun baş nahiyəsində xəsarət əlamətlərinin olduğunu müəyyən edib. A. Qolekovun başından aldığı zərbə nəticəsində öldüyü təsdiqləndikdən sonra Sabunçu rayon Polis İdarəsində əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü İqor Bazilevski saxlanılıb. Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı A. Qolekovu “butılka” ilə başından vuraraq qətlə yetirdiyini etiraf edib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR