Bank Of Baku

Lerik sakini canavarı boğub öldürüb

Lerik sakini canavarı boğub öldürüb
# 23 dekabr 2008 08:58 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala rayonunun Xəzərkənd kəndinin sakinləri məlumat verib. Onların sözlərinə görə, dünən gecə saat 04.00 radələrində Lerik rayonunun Çayurd kənd sakini, 1984-ci il təvəllüdlü Nəsirov Ramiq Qurbanəli oğlu Neftçala rayonunun Xəzərkənd ərazisində yerləşən qışlaqda heyvanlara hücum edən canavarı yalın əlləri ilə boğaraq öldürüb. Ramiq Nəsirov bədənindən xəsarət almasa da, qollarında canavarla əlbəyaxanın parçalanmış izləri qalıb. İlkin tibbi yardım göstərilən Ramiq Nəsirovun həyatı üçün heç bir təhlükə yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR