Bank Of Baku

Ombudsmanın nümayəndələri 6 və 11 saylı cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Ombudsmanın nümayəndələri 6 və 11 saylı cəzaçəkmə müəssisələrinə baxış keçiriblər
# 23 dekabr 2008 09:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 11 saylı cəzaçəkmə müəssisələrinə baxış keçirib, məhkumlarla görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsmanın nümayəndələri bu müəssisələrdəki yataq korpuslarına, cərimə təcridxanalarına, kamera tipli otaqlara, tibbi-sanitar hissələrinə, habelə yeməkxanaya ümumi baxış keçirib, məhkumların saxlanılma şəraiti, qidalanma rejimi, göstərilən tibbi xidmətlə, həmçinin problemləri ilə maraqlanıblar.
Görüş zamanı məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini söyləyiblər. Bəzi məhkumlar azadlıqdan məhrum edilmələrinə dair məhkəmə hökmlərindən narazılıqlarını ifadə ediblər. Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisələrinin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi üzrə tövsiyələr veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR