Bank Of Baku

Azərbaycan paytaxtında bankdan kredit almaq adı ilə vətəndaşların külli miqdarda vəsaitini mənimsəyən şəxs həbs olunub

Azərbaycan paytaxtında bankdan kredit almaq adı ilə vətəndaşların külli miqdarda vəsaitini mənimsəyən şəxs həbs olunub
# 23 dekabr 2008 09:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda bankdan kredit almaq adı ilə vətəndaşları aldadaraq külli miqdarda pul mənimsəyən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Səbuhi Şakir oğlu Veyisov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda bankdan kredit almaq istəyən vətəndaşların etibarını qazanaraq külli miqdarda pul mənimsədiyi məlum olub. Nərimanov rayon Polis İdarəsinə daxil şikayətlər əsasında Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S. Veyisov həbs edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR