Bank Of Baku

“Gəncə Tekstil” ASC-nin anbarında güclü yanğın olub, bir neçə ton pambıq külə dönüb

“Gəncə Tekstil” ASC-nin anbarında güclü yanğın olub, bir neçə ton pambıq külə dönüb
# 23 dekabr 2008 09:27 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Dekabrın 22-də saat 22.30 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətinin (ASC) pambıq tullantıları anbarında güclü yanğın baş verib. Gəncə şəhəri Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi Elman Ələkbərovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 200 kvadrat metrlik ərazidə pambıq kipləri və tullantıları yanıb. Təxminən 150 pambıq bağlaması yanaraq külə dönüb: “Anbardakı pambıq kipləri və tullantıları bayıra çıxardılaraq söndürüldü. Bir necə ton pambıq isə yanıb külə döndü. Pambıq preslənmiş vəziyyətdə olduğundan alovun qarşısı çətinliklə almaq mümkün oldu”.

Hadisə yerinə 9 yanğınsöndürən çağırılıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR