Bank Of Baku

Yanvar-noyabr aylarında Azərbaycanda narkotiklərlə bağlı 2585 cinayət hadisəsi qeydə alınıb

Yanvar-noyabr aylarında Azərbaycanda narkotiklərlə bağlı 2585 cinayət hadisəsi qeydə alınıb
# 23 dekabr 2008 09:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu ilin 11 ayı ərzində Azərbaycanda narkotiklərlə bağlı 2585 cinayət hadisəsi qeydə alınıb.

Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev məlumat verib. Onun sözlərinə görə, qeydə alınmış cinayətlərin 978-i narkotik vasitələrin satışı, 1497-si narkotik vasitələrin saxlanması, 95-i narkotik vasitələrin əkini ilə bağlı olub. İşçi qrupun rəhbərinin sözlərinə görə, bu ilin 11 ayı ərzində 1766 kq 115 qram narkotik vasitə (213 kq 376 qram marixuana, 1252 kq 999 qram həşiş, 151 kq 89 qram tiryək, 146 kq 269 qram heroin, 10 milli qramla 90 ampula və 1550 diazepam həbləri, 3, 215 qram metadon narkotik vasitəsi, 242 qram metavitamin, 2 kq 737 qram xaşxaş samanı) müsadirə edilib və qanunsuz dövriyyədən çıxarılıb. A. Əliquliyevin sözlərinə görə, narkotik vasitələrlə bağlı Daxili İşlər Nazirliyinin xətti ilə 11 ay ərzində 53 nəfər xarici ölkə vətəndaşı saxlanılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 nəfər artıqdır. Bu müddətdə xarici ölkə vətəndaşlarından 116 kq narkotik vasitə götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR