Bank Of Baku

Salyanda yol qəzasında iki nəfər yaralanıb

Salyanda yol qəzasında iki nəfər yaralanıb
# 23 dekabr 2008 10:30 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Salyanda baş verən yol qəzasında iki nəfər yaralanıb.
Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 22.00 radələrində baş verib. Ələt-Astara yolunun 48-ci kilometrliyində Bakı şəhəri Nizami rayon sakini, 1967-ci il təvəllüdlü Ağayev Feyruz Əziz oğlunun idarə etdiyi “Fiat” markalı 10 TF 096 dövlət nömrə nişanlı avtomobili İran İslam Respublikasının vətəndaşı Əhməd Zarenin idarə etdiyi “SKANİA” markalı İR-20389 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə “FİAT” markalı avtomobilində olan sürücü və sərnişin Salyan rayonunun Dayıkənd sakini 1982-ci il təvəllüdlü Əliyev Vüsal Cəbrayıl oğlu müxtəlif xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR