Bank Of Baku

Bakıda Fransa və Türkiyə vətəndaşlarını qarət etməkdə təqsirləndirilən şəxs tutulub

Bakıda Fransa və Türkiyə vətəndaşlarını qarət etməkdə təqsirləndirilən şəxs tutulub
# 23 dekabr 2008 11:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Fransa vətəndaşı Azərbaycanda fiziki zorakılığa məruz qalıb və qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən milliyətcə rus olan Azərbaycan vətəndaşıdır. Bayıl qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Salodçenko Oleq Vyaçesdavoviç Səbayel rayonu ərazisində, Fransa Respubliksanının vətəndaşı, Daniyel Maltiniyə qarşı fiziki zor tətbiq etməklə onun əl çantasında olan “Sony” markalı noutbookunu, saatını və gümüş qolbağını alaraq hadisə yerindən qaçıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində O. Salodçenko həbs edilib. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs Bakıda Türkiyə Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Zəfər Türkər Osman oğlunun baş və üz nahiyəsinə xəsarət yetirərək onu da qarət edib. Faktla bağlı istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR