Bank Of Baku

Daxili işlər nazirinin müavini Sabirabaddakı məcburi köçkün qəsəbəsində olub

Daxili işlər nazirinin müavini Sabirabaddakı məcburi köçkün qəsəbəsində olub
# 23 dekabr 2008 13:23 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. Bu gün daxili işlər nazirinin müavini Əsgər Ələkbərov Sabirabad rayonu Şəhriyar kəndində yeni salınan məcburi köçkün qəsəbəsində olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərov məlumat verib. Onun sözlərinə görə, nazir müavini qəsəbədə məcburi köçkünlərlə görüşüb, onların yaşayış səviyyəsi ilə maraqlanıb. Ə. Ələkbərov məcburi köçkünlərə daxili işlər orqanlarının əməkdaşlarının öz əmək haqlarından topladıqları 40 min manat vəsaiti yeni il hədiyyəsi kimi paylayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR