Bank Of Baku

Məhkəmə Azərbaycan paytaxtında “Əbu Bəkr” məscidinin açılması ilə bağlı iddianı təmin etməyib

Məhkəmə Azərbaycan paytaxtında “Əbu Bəkr” məscidinin açılması ilə bağlı iddianı təmin etməyib
# 23 dekabr 2008 13:54 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Nərimanov rayon Polis İdarəsinin nümayəndəsi iştirak etməyib. Dini İcmanın nümayəndəsi Abuzər Mütəllimov Nərimanov rayon Polis İdarəsini səriştəsizlikdə ittiham edərək deyib ki, məscidin fəaliyyətini məhdudlaşdırmaq beynəlxalq konvensiyalara, Konstitusiyaya ziddir. Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hakim Turqay Hüseynov məhkəmə qərarını elan edib. Qərara əsasən, “Nərimanov rayon dindarları” Dini İcmasının Nərimanov rayon Polis İdarəsinə qarşı qaldırdığı iddiası təmin edilməyib. Dini İcmanın vəkili Cavanşir Süleymanov məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini deyib.

Qeyd edək ki, Dini İcma “Əbu Bəkr” məscidinin açılması ilə bağlı Nərimanov rayon Polis İdarəsinə qarşı iddia qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR