Bank Of Baku

Göyçayda 2 evdə yanğın baş verib

Göyçayda 2 evdə yanğın baş verib
# 23 dekabr 2008 14:09 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay şəhərində bir gündə 2 yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, ilk yanğın hadisəsi R. Rza küçəsindəki 8 saylı evdə baş verib. 1960-cı il təvəllüdlü Tamilla Mehdiyevaya məxsus mənzildə baş verən yanğın zamanı evin tavan hissəsi yanaraq sıradan çıxıb. Digər yanğın hadisəsi Göyçay şəhərindəki H.Z. Tağıyev küçəsində yaşayan 1971-ci il təvəllüdlü Qalib Nuriyevin mənzilində baş verib. Burada da mənzilin yalnız tavan hissəsi və bir neçə ev əşyası yanıb.
Hadisələr zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə hər iki yanğına evdəki qaz sobasının tüstü borusu ilə tavanın birləşdiyi yerdə nasazlığın yaranması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR