Bank Of Baku

Ermənistandan deportasiya olunan azərbaycanlıların işi ilə bağlı Koordinasiya Mərkəzinin toplantısı keçirilib

Ermənistandan deportasiya olunan azərbaycanlıların işi ilə bağlı Koordinasiya Mərkəzinin toplantısı keçirilib
# 23 dekabr 2008 15:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ermənistandan deportasiya olunan azərbaycanlıların işi ilə bağlı Koordinasiya Mərkəzinin toplantısı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda mərkəzin koordinatoru, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev ermənilərin bütün dünyada lobbiçilik fəaliyyəti nəticəsində Azərbaycanın qarşılaşdığı problemlərə toxunub. Onun sözlərinə görə, 1988-1990-cı illərdə Azərbaycandan köçən ermənilər Avropa İnsan Hüquqları Məhkəməsinə 700-ə yaxın iddia ərizəsi ilə müraciət ediblər və Azərbaycandan onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edirlər.
Mərkəzin üzvü, Milli Məclisin deputatı Fəzail Ağamalı qurum daxilində İşçi Qrupun yaradılması təklifi ilə çıxış edib: “Ermənistandan deportasiya olunan azərbaycanlılar qovulan zaman külli miqdarda maddi itki ilə qarşılaşıblar. Bu itki yaradılan işçi qrup tərəfindən mərhələ-mərhələ hesablanmalı və sənədlər Avropa Məhkəməsinə göndərilməsi üçün mərkəzə təqdim olunmalıdır”.
Mərkəzin üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib ki, bu məsələ ilə əlaqədar mərkəz ölkədə fəaliyyət göstərən bütün QHT-lərlə əməkdaşlıq şəkilində işləməlidir. Ermənistan SSR-nin təhsil nazirinin keçmiş müavini, ermənişünas alim İsrafil Məmmədov isə mərkəzin fəaliyyət istiqamətləri barədə danışıb.
Toplantıda qərar alınıb ki, Ermənistandan deportasiya olan azərbaycanlılarla əlaqə saxlayıb, onlara dəyən maddi və mənəvi ziyanın həcmi mərkəz daxilində formalaşdırılan İşçi Qrup tərəfindən toplansın. Hazırlanan sənədlər isə mərhələ-mərhələ Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR