Bank Of Baku

Şahid qadın məhkəmə zalında döyülüb - FOTOSESSİYA

Şahid qadın məhkəmə zalında döyülüb - <font color=red>FOTOSESSİYA</font>
# 23 dekabr 2008 15:51 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Qəbələ rayon sakini, 1964-cü il təvəllüdlü İsmayılova Şəhla Heybət qızı Ağdam rayon Məhkəməsində məhkəmə işçiləri tərəfindən döyülüb. Sifətindən, baş nahiyəsindən və bədəninin müxtəlif yerlərindən aldığı xəsarətlərlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Ş. İsmayılova APA-nın Qarabağ bürosuna bildirib ki, döyüldükdən sonra tanımadığı adamlar tərəfindən Rayon İcra Hakimiyyətinə (RİH) aparılıb. Daha sonra isə RİH tərəfindən xəstəxanaya yerləşdirilib. Həyat yoldaşını itirdikdən sonra bir oğlu ilə yaşadığını deyən qadının sözlərinə görə, hər dəfə məhkəmə prosesində iştirak etmək üçün Qəbələdən Ağdama gəlməyə yol pulu yoxdur: “Elə buna görə də hakim Seyfulla Seyfullayevdən məhkəməyə lazımi vaxtlarda çağırılmağımı xahiş etdim. Hakimin otağından isə təhqiramiz şəkildə çıxarıldım, bayırda ədliyyə geyimində və mülki paltarda olan şəxslər tərəfindən döyüldüm”.
APA-nın əməkdaşı Ş. İsmayılovanın döyülməsi faktı ilə bağlı iş günü başa çatdığına görə, Ağdam rayon Məhkəməsindən münasibət öyrənə bilməyib. Ağdam rayon Polis Şöbəsindən isə APA-nın yerli bürosuna faktla bağlı təhqiqat aparıldığı bildirilib. Ağdam Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Ş. İsmayılova yüngül xəsarət alıb.
Qeyd edək ki, Ş. İsmayılova korrupsiya ilə bağlı ittiham olunan qardaşı Qərib Heybətovun işi ilə əlaqədar keçirilən məhkəmə prosesində şahid qismində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR