Bank Of Baku

Biləsuvarda 16 yaşlı yeniyetmə itkin düşüb

Biləsuvarda 16 yaşlı yeniyetmə itkin düşüb
# 23 dekabr 2008 16:05 (UTC +04:00)
Biləsuvar. Əlibəy Zeynallı-APA. Biləsuvar rayonunda 16 yaşlı yeniyetmə itkin düşüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Biləsuvar rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, itkin düşən Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Əmənov Musa Ərşad oğlu üç aya yaxındır ki, Biləsuvarda H. Əliyev küçəsi 10/13 ünvanında yaşayan xalasının evində qalıb və hazırlıq kurslarına gedirmiş. Dünən o, saat 19.58 radələrində evə zəng edib. Bundan sonra isə M. Əmənovun telefonuna zəng çatmayıb. Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR