Bank Of Baku

Etimad İsmayılov məhkəmə zalından çıxarılıb

Etimad İsmayılov məhkəmə zalından çıxarılıb
# 23 dekabr 2008 16:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. E. İsmayılovun vəkili Mixail Boqomolovun APA-ya verdiyi məlumata görə, Çelyabinsk şəhəri Mərkəzi Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslər - “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Etimad İsmayılov, “Russkaya Zernovaya Kompaniya”nın baş direktoru, Ukrayna vətəndaşı Vladimir Quzov, bu şirkətin vasitəçilik fəaliyyətini həyata keçirən strukturunun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya” şirkətinin direktoru Vladimir Şvadçenko məhkəmənin gedişinə etirazlarını bildiriblər. Vəkil deyib ki, məhkəmə onun tərəfindən dəfələrlə qaldırılan vəsatətləri təmin etməyib. E. İsmayılov da məhkəməyə etirazını bildirib. O, prosesin bu şəkildə davam etməsində məhkəmə heyətini günahlandırıb. Bundan sonra E. İsmayılov zaldan çıxarılıb: “Məhkəmə qərara aldı ki, prosesin sonuna qədər Etimad İsmayılov iclas zalına gətirilməsin. Buna etiraz olaraq mən də məhkəmə zalını tərk etdim”.

Vəkil E. İsmayılovun məhkəmə zalından çıxarılmasını qanuna zidd hərəkət addım adlandırıb. M. Boqomolov bildirib ki, E. İsmayılovun saxlanma şəraitindən, məhkəmənin gedişindən və digər qanun pozuntularından Vilayət və Rusiya Ali Məhkəməsinə şikayət edəcək.

Proses dekabrın 24-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR